Şb. Dek 14th, 2019

Medvedyev Türkmənbaşının hədiyyəsinə GÖRÜN NƏ AD VERDİ

Rusiya Baş naziri Dmitri Medvedyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun may ayında ona hədiyyə etdiyi xallı alabay cins küçüyünə Ayk adı verdiyini və Moskva ətrafındakı rəsmi iqamətgahında onun birlikdə yaşadığını deyib.

Rusiya baş naziri sosial şəbəkədə küçüklə iqamətgahında gəzərkən çəkdiyi videonu paylaşıb.

“Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun hədiyyəsinin taleyi ilə maraqlanan hər kəsə. Bu, Aykdır. O, 4 aylıqdır və Qorkidə yaşayır”, – Medvedyev videoda deyib. (axar.az)

Paylaş: