Ç. Okt 23rd, 2019

Putindən ölkədəki müsəlmanlar haqda xoş sözlər

Rusiya Federasiyasının prezidenti Vladimir Putin ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik etdi, onlara sülh, xoşbəxtlik və firavanlıq arzuladı.

Turkustan.info xəbər verir ki, Rusiya prezidentinin təbrik məktubu Kremlin saytında yerləşdirilib.

Vladimir Putin bu bayramın insanlar arasında birlik, sevgi, mehribanlıq və mərhəmət dəyərlərinin möhkəmlənməsinə xidmət etdiyini qeyd edərək bunları ifadə edib: “Sevindirici haldır ki, Rusiya müsəlmanları öz ata-babalarının zəngin mədəni və mənəvi irsini qoruyur, gənc nəslə əcdadlarının tarixinə, adət-ənənələrinə hörmət etməyi öyrədirlər”.

Paylaş: