C. Avq 23rd, 2019

Qarasudakı ağır qəzada yaralananların son vəziyyəti: azyaşlının qolu amputasiya olunacaq – FOTOLAR

Səhiyyə Nazirliyi Kürdəmir – Şirvan yolunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 19 nəfər xəsarət alıb.

Onlardan 10 nəfər Şirvan xəstəxanasına, 9 nəfər isə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Kürdəmir MRX-dan verilən məlumata görə, qəzadan sonra xəstəxanaya 6 qadın 2 kişi, bir azyaşlı oğlan gətirilib.

Azyaşlı qolun amputasiyası diaqnozu ilə Bakıya, Travmatologiya İnstitutuna göndərilib.

Yaralı 2 kişi isə Kliniki Tİbbi Mərkəzə göndərilib.

Şirvan MRX-na isə 4 kişi və 6 qadın yerləşdirilib. Qadınların ikisində qapalı kəllə beyin travması olduğu etimal olunur.

Yaralıların hamısına lazımı yardım göstərilir və həkim nəzarətində saxlanılır.

 

07:40

Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunda rayonun Qarasu kəndi ərazisindən keçən hissədə qeydə alınıb. Belə ki, mikroavtobusla minik avtomobili toqquşub.

Qəza nəticəsində Bakı şəhər sakinləri – Eyvazova Məleykə, Soltanova Tahirə, Eyvazova Cəmilə, Əliyev Zaur, Rzazadə Qalib, Rzazadə Həmid, Rzazadə Gülzar, Eyvazov Natiq, Rəcəbli Meyranisə və Rzazadə Fatimə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralananlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. (oxu.az)

Paylaş: