Şb. Dek 7th, 2019

Əsgərə andiçmə zamanı anasının öldüyünü dedilər – Ürəksızladan VİDEO

Sosial şəbəkədə Azərbaycanın gənc əsgərinin ürəksızladan videosu yayılıb.

Turkustan.info xəbər verir ki, hadisə bu gün hərbi hissələrdə keçirilən andiçmə zamanı baş verib.

Belə ki, bu gün əsgər andı içən gənclərdən birinə onun anasının ölüm xəbərini veriblər. Əsgər bu ağır xəbəri eşitdikdə özünə hakim ola bilməyərək ağlamağa başlayıb.

Bu mənzərəni görən digər əsgərlərdən birinin anası onun boynuna sarılaraq “mən də sənin ananam” deyərək təsəlli verib. Bu görüntülər sosial şəbəkə istifadəçilərini kövrəldib.

Paylaş: