Ç. Dek 11th, 2019

PKK-çı qadın DƏHŞƏTLİ FAKTLAR AÇIQLADI: Yaşı 18-dən az olan…

Türkiyənin Van şəhərində hərbçilərə təslim olan PKK-çı qadın sözügedən terror təşkilatı ilə bağlı bəzi faktları danışıb.

Adı açıqlanmayan terrorçu qadın PKK-nın edam siyasətinə başladığını bildirib.

“Təşkilat liderləri öz bacarıqsızlıqlarında sadə üzvləri ittiham edirlər və müxtəlif işgəncələrə məruz qoyurlar. PKK-çılar təşkilat liderlərinin bu amansız hərəkətlərindən xilas olmaq üçün qaçmaq yolunu seçirlər. Liderlər yaşı 18-dən az olan uşaqları müxtəlif vədlərlə aldadaraq, təşkilata cəlb edirlər, sonra narkotik maddələrin vasitəsilə özlərindən asılı hala salırlar”, – o bildirib.

PKK-çı qadın artıq bir çox terrorçunun Türkiyə dövlətinə təslim olmaq istədiyini deyib.(axar.az)

Paylaş: