Ca. Noy 21st, 2019

Babacan və Davudoğlunun Ərdoğana qarşı şok planı: Akşener açıqladı

“Yeganə çatışmazlığımız mühafizəkar dindarlardan dəstək ala bilməməyimizdir. Çünki Ərdoğan dindarlarla bizim aramıza böyük bir divar çəkib”.

Turkustan.info xəbər verir ki, bunu İyi partiyanın başqanı Meral Akşener deyib.

Partiya başqanı sabiq nazirlər Ali Babacan və Əhməd Davudoğlunun yeni siyasi partiya quruculuğundan danışıb:

“Babacan və Davudoğlunun partiyası vasitəsilə Ərdoğanın qurduğu bu divarı aşaraq, asanlıqla inanclı kəsimin dəstəyini təmin edə biləcəyik. Çünki kimsə onlarla bizim aramıza divar qura bilməz. Babacan bizim üçün bu dəstəyi təmin edəcək ki, bu da bizim üçün çox önəmlidir”.

Meral Akşener Babacan və Davudoğlunun siyasi partiyasının müxalifətlə işbirliyinə də toxunub: “İndi bizə Ali Babacan və Əhməd Davudoğlunun quracağı partiya da qatılacaq. Bir tərəfdə Babacan, Davudoğlu, SP, İyi Partiya və CHP, qarşılarında isə MHP və AKP olacaq. Əminəm ki, bunu Ərdoğan da görür”.   /Teleqraf.com/

Paylaş: