Bz. Sen 22nd, 2019

Canan Karataydan Qurban bayramı tövsiyələri: “Beynimiz işləməsin deyə bizə…”

“Qurban ətini tapsalar, yağı ilə birlikdə bol-bol yeyə bilərlər”.

Bunu Türkiyənin məşhur kardioloq və daxili xəstəliklər üzrə mütəxəssisi Canan Karatay deyib.

Mütəxəssis bildirib ki, heyvan mənşəli yağlar ən sağlam yağ hesab olunur. Bu yağlar damarları tıxamır.

“Süni yağlar qatı olur. Kərə yağı isə qatı deyil. Zeytun yağı da qatı olmur. Damarları tıxamaz, beyni açar. Beynin yağa ehtiyacı var. Bizə beynimiz işləməsin deyə yağı qadağan etdillər. İnsanın bədəni motordur, yağsız motor işləməz”. (publika.az)

Paylaş: