Ca. Avq 22nd, 2019

Ermənilərdən Obamaya FANTASTİK PUL: İrəvana gəlməsi üçün…

6-9 oktyabr tarixlərində Ermənistanın paytaxtı İrəvanda Dünya İnformasiya Texnologiyaları Konqresi keçiriləcək.

“Hraparak” qəzeti yazır ki, Ermənistan rəhbərliyi və xarici ölkələrdəki erməni diaspora təşkilatları dünyanın məşhur simalarının bu konqresdə iştirak etməsi üçün hazırlığa başlayıb.

Erməni nəşri qeyd edir ki, təşkilatçılar hazırda ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə danışıqlar aparır və forumdakı 30 dəqiqəlik çıxışı üçün bir neçə yüz min dollar ödəməyə hazırdır:

“Obamanın bir çıxışı üçün qiyməti 400-800 min dollar arasındadır. Bu dəfə nə qədər tələb etməsi danışıqların vaxtından və nəticəsindən asılıdır…” (teleqraf.com)

Paylaş: