Ç. Okt 23rd, 2019

Ermənistanın müdafiə naziri Azərbaycana təslim olan əsgərdən DANIŞDI

“Mən şəxsən əminəm ki, bizim hərbi qulluqçu Araik Kazaryan yolu azaraq Azərbaycan tərəfinə adlayıb”.

Ermənistan KİV xəbərlərinə görə, belə bir açıqlama verən müdafiə naziri David Tonoyan növbəti dəfə riyakarlıq edib.

Çünki Araik Kazaryanın yayılmış şəkillərində onun ağ bayraq qaldıraraq, Azərbaycan tərəfinə təslim olduğu açıq-aşkar görünür.

Amma David Tonoyan Kazaryanın hərbi hissədən qaçmağa məcbur etmiş özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibət kimi səbəbləri təkzib etməyə çalışıb.

O, erməni əsgərin geri qaytarılması ilə bağlı artıq müvafiq beynəlxalq təşkilatlara müraciət olunduğunu qeyd edib.

“Bu, bizim üçün ağır hadisədir, amma düşünürəm ki, hər şey yaxşı sonluqla qurtaracaq,-deyə nazir bildirib

Avqustun 12-də cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Aro Kazaryan ağ bayraq qaldıraraq, Azərbaycan tərəfinə təslim olub. (modern.az)

Paylaş: