NATO qırıcısı Şoyqunun təyyarəsinə yaxınlaşdı, Su-27 qovdu
NATO qüvvələrinə aid F-18 qırıcısı göyərtəsində Rusiya Müdafiə naziri Sergey Şoyqunun olduğu təyyarəyə təhlükəli dərəcədə yaxınlaşıb.
Turkustan.info xəbər verir ki, Rusiyaya aid 2 Su-27 qırıcısı sözügedən F-18-i uzaqlaşdırmağı bacarıb.
Məlumata görə, nazirin olduğu təyyarə Kalininqrad bölgəsindən Moskvaya qayıdırmış.
İnsidentlə bağlı əlavə məlumat verilmir. /Axar.az/