Ça. Sen 17th, 2019

Putin çətin vəziyyətdə… – Rusiya ətrafında nə baş verir?

“Azərbaycan, Rusiya və İran prezidentləri arasında keçiriləcək görüş təxirə salınıb. Belə bir görüş İrana daha çox lazım idi”.

Bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert Rusiyaya qarşı artan xarici təzyiqlərə də diqqət çəkib:

“Son zamanlarda ABŞ-dan Rusiyaya qarşı sanksiyalar güclənib. İndiki məqamda Rusiya-İran tandem İsrail və ABŞ tərəfindən ciddi təzyiqlə qarşılaşır. Üç ölkənin başçısı arasında planlaşdırılan görüşün təxirə salınması da göstərir ki, Kreml çətin vəziyyətlə üzləşib. Son zamanlarda Rusiyada meşələrin yanması, Moskvadakı mitinqlər, Skripal hadisəsinə görə yenidən sanksiyaların işə düşməsi, hərbi hissələrdə baş verən partlayışlar da Putinin ciddi çağırışlarla üz-üzə qaldığını göstərir.

Hesab edirəm ki, bu görüş İrana daha çox lazım idi. Bu səbəbdən də, görüşün təxirə salınması ilə Ruhani ciddi zərbə almış oldu.

İrandakı konservatorlar Ruhani-Zərif qarşısında bir ay içində növbəti üstünlüyü əldə etdilər. Onu da əlavə etmək lazımdır ki, bundan əvvəl Zərifin ABŞ-la sıx görüşləri nəticəsiz başa çatmışdı”. (teleqraf.com)

Paylaş: