C. Okt 18th, 2019

Vilayət Eyvazov generala yeni vəzifə verdi

İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator vəzifəsinə təyinat olub.

Turkustan.info-nun məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin edilib.

Qeyd edək ki, V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin edilənədək həmin vəzifəni icra edib.  /APA/

Paylaş: