Ca. Avq 22nd, 2019

15 il bar verməyən bitkinin İNANILMAZ FAYDALARI

Keçibuynuzu paxlalılar fəsiləsindən olan bitki növüdür. Adından da göründüyü kimi bu ağacın meyvəsi keçinin buynuzlarını xatırladır. Ağacının meyvəsi təqribən 5000 ildir ki, insanlar tərəfindən tanınır və geniş şəkildə istifadə olunur. Latın dilində bu bitki “Ceratonia siliqua” adlanır. İngilis dilində keçibuynuzuna  “carob” deyilsə də, daha çox “St.Johns Bread” kimi tanınır.  Çox zaman “Yaqub Peyğəmbərin çörəyi” də deyilir. Deyilənlərə görə, Yaqub peyğəmbər səhrada çörək yerinə məhz keçibuynuzu ağacının meyvəsindən istifadə edərmiş. Keçibuynuzu əsasən Aralıq dənizi sahillərində, Misir, Türkiyə, İspaniya, Portuqaliya, Siciliya adası və Maltada, eləcə də ABŞ-ın Kaliforniya ştatı ərazisində bitir. Hətta son illərdə Azərbaycanda da becərilməyə başlanıb. Bir çoxları bu ağacı “konfet ağacı”, “şəkər ağacı” kimi tanıyır. Uzunömürlü sayılan bu ağacın hündürlüyü 6-12 metrədək olub, meyvələri 10-25 sm-dir. Keçibuynuzu ağacı ilk 15 il ərzində meyvə vermir. Yetişdikdən sonra isə bir ağac 1000 kq qədər bar gətirir. Bütün bunlardan əlavə sağlamlığa olan faydalarını da saymaqla bitmir.
Turkustan.info keçibuynuzunun faydalarını təqdim edir:
E vitamini ilə zəngin olan keçibuynuzu sağlamlıq baxımından olduqca faydalıdır. Eyni zamanda maqnezium, fosfor və protein kimi bir çox minerallarla zəngindir. Allergik və astma xəstəliklərinə o qədər gülcü təsir göstərir ki, faydasını qısa zamanda görmək mümkündür. Mütəxəssislər tərəfindən aparılan araşdırma nəticəsində keçibuynuzunun qaraciyər sağlamlığına müsbət təsir göstərdiyi də sübut edilmişdir. Qaraciyəri toksinlərdən təmizləyir, bronxları genişləndirir, qəbizliyi aradan qaldırır və orqanizmdəki mikrobları təmizləyir. Nizamlı şəkildə istifadə edilən keçibuynuzu ağciyər xərçənginə yoluxma riskini azaldır.  /Yeniavaz.com/

Paylaş: