Ça. Okt 15th, 2019

ADAU-nun tələbəsi Almaniyada keçirilən Beynəlxalq Yay Məktəbində iştirak edib

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və idarəetmə fakültəsinin Menecment ixtisasının 4-cü kurs tələbəsi Sübhan Məmmədov DAAD – Deutscher Akademischer Austauschdienst (Alman akademik mübadilə xidməti) tərəfindən keçirilən beynəlxalq yay məktəbində iştirak edib.

İyul ayının 22-dən etibarən start götürən və 3 həftə davam edən yay məktəbinin iştirakçıları Katolische Universität-Eichstätt Universitetində intensiv alman dili təkmilləşdirmə, Almaniya mədəniyyət tarixi haqqında kurslarda iştirak ediblər.

Layihədə 27 ölkədən 54 tələbə iştirak edib. Nəzərinizə çatdıraq ki, Sübhan Məmmədov həmçinin Azercell təqaüdçüsüdür. O, 2016-cı ildə keçirilən qəbul imtahanında 635 bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinin Menecment ixtisasına qəbul olunub.

Görüntünün olası içeriği: 3 kişi, gülümseyen insanlar, ayakta duran insanlar, ayakkabılar ve açık hava

Görüntünün olası içeriği: 5 kişi, gülümseyen insanlar, ayakta duran insanlar

Paylaş: