Ca. Noy 14th, 2019

Avropa Türk Konfederasyonu Azərbaycanda onminlərin üzünü güldürdü – Qurban kampaniyasından FOTOLAR

Avropa Türk Konfederasyonları hər olduğu kimi bu il də müqəddəs Qurban bayramı münasibətilə Azərbaycanın bir sıra bölgələrində, paytaxt Bakıda, eyni zamanda Gürcüstanda soydaşlarımızın toplu halda yaşadığı kəndlərdə Qurban kampaniyası həyata keçirib.

Turkustan.info xəbər verir ki, Avropa Türk Konfederasyonlarının builki kampaniyası Türkmeneli, Kırım, Azərbaycan-Qarabağ, Gürcüstan-Borçalı, Makedonya, Kosova, Rumıniya-Köstence, Özbəkistan, Qırğızıstan, Doğu Türküstan olmaqla yüzminlərlə insanı əhatə edib.

Azərbaycanda – Tərtər, Saatlı, Quba, Şamaxı-Mədrəsə , Biləsuvar, Bakı, Sumqayıtda onminlərlə aztəminatlı ailələrə Qurban payları paylanılıb. Həmçinin, Azər-Türk Qadınlar Birliyi, Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti, “Türküstan” Media Group, bir sıra veteran təşkilatları tərəfindən Konfederasyonun qurban payları ehtiyac sahiblərinə çatdırılıb.

Ayrıca Konfederasyon təmsilçiləri Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ilə görüşərək bayramlaşıblar.

Ölkəmizdə kampaniyanı əks etdirən fotoları təqdim edirik: 

Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin başqanı Novella Cəfəroğlu tərəfindən Avropa Türk Konfederasyonlarına xatirə hədiyyəsinin Konfederasyon təmsilçisi Sedat Karta təqdimi (Bakı)

Paylaş: