C. Okt 18th, 2019

Azərbaycanda xəzinədar işlədiyi yerdən 340 min manat götürüb YOXA ÇIXDI

Bərdə rayonununda işlədiyi yerdən külli miqdarda pul götürüb qaçan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 10-da rayon ərazisindəki inşaat materialları mağazalarının birindən 340 000 manat pulu götürərək itkin düşmüş, orada xəzinədar işləyən X.Əliyev saxlanılıb.

O, izahatında işlədiyi mağazadan qeyd edilən məbləği mənimsəməsini etiraf edib.

Araşdırmalar davam etdirilir.

Paylaş: