Ça. Okt 15th, 2019

“Bakcell”dən gənc ixtiraçılara dəstək – Foto

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti ABŞ-ın Azərbaycandakı Səfirliyi ilə birgə azərbaycanlı şagirdlərin ABŞ-da keçirilən “Dahilərin olimpiadası”nda iştirakına dəstək göstərib.

Turkustan.info xəbər verir ki, ABŞ-ın Nyu-York ştatında “SUNY Oswego” Universitetində keçirilmiş IX “Genius olympiad” (“Dahilərin olimpiadası”) müsabiqəsində Azərbaycanı Gəncə şəhərindən olan IX sinif şagirdləri Rəsul Əliyev və Hüseyn Əliyev təmsil edib. Onlar tədbirdə “LEGO technic” vasitəsilə yaratdıqları “RoboAqrar” robotunu nümayiş etdiriblər. Fermerlər üçün nəzərdə tutulan bu robot kənd təsərrüfatında geniş istifadə potensialına malikdir. Gənc ixtiraçılarımız olimpiadanın “Biznes” kateqoriyasında fərqlənmə diplomuna layiq görülüb. Qeyd edək ki, müsabiqəyə 79 ölkədən 2800 nəfərdən çox şagird qoşulub.

“Bakcell” şirkəti gənclərin təhsili və inkişafına, həmçinin Azərbaycanda startap mühitinin yaxşılaşmasına mütəmadi olaraq dəstək göstərir. Şirkət Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi yerli startaplar üçün birgə inkubasiya proqramı həyata keçirir. Həmçinin 2014-cü ildən etibarən müxtəlif proqram təminatı və avadanlığın yaradılması ilə məşğul olan yerli startaplar və developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell” şirkətinin “AppLab” proqramından dəstək alırlar. Bu mühüm layihələr ölkənin bütün startap ekosisteminin inkişaf olunmasına böyük töhfə verməklə Azərbaycanda startap mədəniyyətinin formalaşdırılmasında böyük rol oynayır.

Paylaş: