Bz. Sen 22nd, 2019

Dənizdə boğlumaqdan xilas olmaq üçün ən effektiv üsul – TÖVSİYƏEDİCİ VİDEO

Son vaxtlar çimərlik mövsümü ilə əlaqədar baş verən faciəvi hadisələr, dənizdə çoxsaylı boğulmalar, belə halardan qorunmaq məsələlərini aktuallaşdırıb. 

Bunu nəzərə alaraq boğulmaqdan xilas olmağı əks etdirən tövsiyyəedici VİDEO-nu təqdim edirik:

Axıntı zamanı boğulmaqdan xilas olmaq üçün bunları etməlisiniz:
Əvvəlcə qısa bir müddət sakit durun və axıntının istiqamətini müəyyən edin. Su üzündə qalmağa çalışın.
Axıntıya qarşı üzməyin. Axıntının sürəti 5-10 km/saat olur. Ona qarşı üzmək sizi yoracaq və boğulmanıza səbəb olacaq.
Axıntı sizi dibə çəkmir, sahildən uzağa aparır. Axıntının sizi bir müddət aparmağına icazə verin.
Bir müddət sonra sizi aparan axıntı sakitləşəcək. Bu zaman sahilə doğru yox, yan tərəflərə doğru – sahilə paralel üzün.

Mənbə: AFAD, Surf Life Saving Australia

Qeyd: Bu tövsiyəni paylaşıb insanları məlumatlandıraraq onları xilas edə bilərsiniz.

Paylaş: