C. Dek 13th, 2019

“Məhəmməd Əmin Rəsulzadə” gəmisini vuranlara cinayət işi açıldı

“Məhəmməd Əmin Rəsulzadə” gəmisini vuran “Doric Warrior” gəmisi barəsində İstanbul prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Bu barədə “Palmali” şirkətlər qrupunun prezidenti, iş adamı Mübariz Mənsimov feysbuk səhifəsində məlumat verib.

İş adamı qeyd edib ki, gəmi barəsində isə həbs qətimkan tədbiri seçilib:

“Əminəm ki, dünənki hadisədən sevinən bəzi adamların nurdan məhrum üzləri daha da qaralacaq. Şadlıqlarından çürük və dayaz fantaziyalarını işə salıb gah yazıblar ki, gəmi yüklüdür, gah da yazıblar ki, gəmi köhnədir.

Gülürəm bu yazdıqlarınıza, bunların toqquşma ilə nə əlaqəsi var? “Gəmi köhnədir” yazırsız. Mən yoruldum deməkdən ki, gəmi tanker idi və bütün yeni və müasir standartlarla quru yük gəmisinə konversiya edilib. Yəni, “Rəsulzadə” gəmisi o qədər yenidir ki, hətta bəzilərindən daha uzun ömür sürəcək”.

Daha sonra iş adamı qeyd edib ki, böyük bir şirkətlə mügavilə bağlanmışdı vəe buna əsasən, gəmiz ilk yükünü daşımaq üçün səfərə hazırlaşırdı: “3-4 günə gəmi yenidən hazır olacaq”. (publika.az)

Paylaş: