Ça. Okt 15th, 2019

Qurban bayramı münasibətilə Kəlbəcər köçkünləri ilə görüş keçirilib – FOTOLAR

Kəlbəcər rayonundan olan məcburi köçkün ailələrinə Qurban payları verildi. Qurban bayramı münasibətilə Azərbaycan Dəmir Yolları QSC-nin sədri, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Cavid Qurbanovun tapşırığına əsasən Kəlbəcər rayonundan olan məcburi köçkünlərin Bakı şəhərində məskunlaşan bir qrupu ilə görüş keçirilib.

Turkustan.info xəbər verir ki, görüşdə ziyalılar, ağsaqqallar, aztəminatlı ailələr və şəhid ailələri iştirak edib.
Tədbirdə çıxış edən Həbib Misirov öncə tədbir iştirakçılarını millət vəkili Cavid Qurbanovun müqəddəs Qurban bayramı münasibətilə təbrikini catdırıb və bildirib ki, məcburi köçkünlərə olan dövlət qayğısı bu gün də ən yüksək səviyyədə həyata keçirilməkdədir.Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nərticəsində öz doğma torpaqlarından didərgin düşən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması daim dövlətimizin diqqətindədir. Qaçqın və məcburi köçkünlərin sosial ehtiyaclarının ödənilməsi məqsədilə ümummilli lider Heydər Əliyevin sərəncamı əsasında “Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edildi. Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər nəticəsində bu günə qədər onlarla müasir tipli qəsəbə, o cümlədən Bakıda və ölkənin müxtəlif regionlarında çoxmərtəbəli yaşayış evləri tikilərək istifadəyə verilibdir. Kəlbəcərlilər onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirdilər.

 

Paylaş: