C. Noy 22nd, 2019

Siyavuş Novruzov Damlayla olan fotosundan danışdı – FOTOLAR

Müğənni Mina və Damla da deputat, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov ilə fotosunu sosial şəbəkədə bölüşüb.

Müğənni Damla deputatla fotosunu “YAP icra katibinin müavini Siyavuş Novruzovla keçirilən tədbirdən xatirə fotosu” şərhi ilə paylaşıb.

Mina isə S.Novruzovla fotosuna “YAP-ın gənc idmançılara qayğısını göstərən tədbirdən foto” başlığını yazıb.

Qeyd edək ki, S.Novruzov müğənni Afaq Aslanla foto çəkdirdiyi üçün tənqid olunmuşdu.

O, musavat.com-a açıqlamasında müğənnilərlə foto çəkdirməkdə qəbahət görmədiyini bildirmişdi: “Şəkil çəkdirdiyim Afaq Aslanı, Damlanı tanıyıram. Mənim Damla ilə də şəklim var, hamı bir-biri ilə şəkil çəkdirirdi. Onların içərisində partiya üzvü olan da var, olmayan da. Təəssübkeşi də var. Onların da bir qrupu partiya üzvü olmaqla bağlı müraciət edib”. (musavat.com)

 

Paylaş: