C. Dek 13th, 2019

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Müqəddəs Qurban Bayramı münasibəti ilə tədbirlər keçirilib

Sumqayıt şəhər C.Cabbarlı adına Mədəniyyət evinin özfəaliyyət kollektivləri “N” saylı hərbi hissədə əsgər və zabit heyəti qarşısında rəngarəng konsert proqramı ilə çıxış edib. Əvvəlcə Mədəniyyət evinin solisti Əliağa Tapdiqli konsertə toplaşan əsgər və zabit heyətini salamlayaraq, onları Müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edərək xoş arzularini çatdırıb. Sonra mədəniyyət evinin kiçiklərdən ibarət “Turan” milli rəqs qrupunun üzvlərinin ifasında bir-birindən maraqlı rəqs nömrələri nümayiş olunub. Daha sonra mədəniyyət evinin solistləri Əli Əzizoğlu, Təranə Nurlu, Pənah Məmmədli, Ədalət Dağlının ifasında səslənən şən və vətənpərvər ruhda mahnılar əsgər və zabit heyəti tərəfindən alqışlarla qarşılanıb. Sonda Hərbi hissənin polkovnik-leytenantı Həsən Mahmudov konsert proqramını təşkilinə gorə C.Cabbarlı adına Mədəniyyət evinin direktoru A.Qəhrəmanovaya dərin minnətdarlığını bildirərək, Fəxri Fərman təqdim edib.

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsində Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər təşkilatı ilə birgə xeyriyyə tədbiri keçirib. Tədbirdə QAC Sumqayıt təşkilatının sədri Mətanət Məhərrəmova, S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq Şöbəsinin müdiri Yeganə Hüseynova mövzu ilə əlaqədar çıxış edib, düşüncələrini bölüşüblər. Bildirilib ki, Qurban bayramı xeyirxahlıq, şəfqət və mərhəmət bayramıdır. əl tutmaq, yardımlaşmaq, bölüşməyi bacarmaq bu müqəddəs ayın ali keyfiyyəıtləırindəndir. İnsanlara mənəvi paklıq aşılayan bu bayram həm də fürsət ayıdır. Yaxşılıq etmək, yardım etmək üçün bir fürsət ayıdır. İmkanı olan hər kəs bu fürsətdən yararlanmalıdır. Tədbirin sonunda  bayram münasibətilə imkansız ailələrə qurban payı verilib.

Paylaş: