Ca. Avq 22nd, 2019

Tramp Putinə zəng etdi: İstefa məsələsinin müzakirəsi

ABŞ lideri Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Rusiyadakı səfiri Conatan Hantsmanın öz vəzifəsindən istefa məsələsini müzakirə ediblər.

Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Tramp telefon danışığı zamanı Putinə Rusiyaya təyin edəcəyi növbəti səfirin adını açıqlayıb.

Peskov, həmçinin, Hantsmanın vəzifədə olduğu dönəmin ABŞ-Rusiya münasibətlərinin çətin dövrünə düşdüyünü bildirib.    /Axar.az/

Paylaş: