Be. Sen 16th, 2019

Zelenskinin köməkçisindən MÜHARİBƏ ANONSU: “80 mindən çox…”

Rusiya Ukraynaya qarşı irimiqyaslı müharibəyə başlasa, ilk növbədə aviasiya və raket qoşunlarını işə salacaq, sonra quru əməliyyata keçəcək.

Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenskinin təhlükəsizlik və müdafiə məsələləri üzrə köməkçisi İvan Aparşin deyib.

“Mən yüz faiz əminəm ki, birinci mərhələdə geniş miqyaslı hava əməliyyatı aparılacaq. Oraya təkcə aviasiya cəlb edilmir, həm raket qoşunları, həm də artilleriya, elektron döyüş qurğuları iştirak edir. Bu savaşa hazırlaşmalı və bu barədə tamamilə açıq danışmalıyıq”, – deyə İvan Aparşin bildirib.

Zelenskinin müşaviri bundan sonra Rusiyanın növbəti addımının konkret ərazilərə nəzarəti ələ keçirməsi üçün yerüstü əməliyyat ola biləcəyi qeyd edib: “Onlar bu gün briqada idarəetmə sistemindən imtina edərək diviziya sisteminə keçirlər. Əməliyyat komandanlığından imtina etdilər və yenidən hərbi dairələrə keçdilər. İki operativ-strateji istiqamət yaradılıb. Bütün bunlar bu qüvvələr qrupunun müharibəyə hazırlaşdığını göstərir”.

İvan Aparşin hərbçilərdən əldə olunan məlumata görə, Rusiyanın 2018-ci ildə Ukrayna-Rusiya sərhədində, eləcə də işğal olunmuş ərazilərdə 80 mindən çox qoşun topladığını vurğulayıb. (teleqraf.com)

Paylaş: