Ca. Avq 22nd, 2019

Ərdoğandan müğənniyə SÜRPRİZ ZƏNG – “Üç gün yuxuma gəldi…”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müğənni Demət Akalına telefon zəngi maraqla qarşılanıb.

Ölkə başçısı ötən gün açılışını etdiyi İstanbul-İzmir avtomobil yolu ilə bağlı sosial mediadakı paylaşımına görə sənətçiyə təşəkkür edib.

Demet Akalın keçid haqqı 256 lirə olan İstanbul-İzmir şosesindən keçərək foto paylaşıb. Müğənni “2 saata dünya qədər yol gəldik, Bahalıdır deyirlər, amma İtaliyada magistral yollarda hər addımbaşı puldur” qeydini yazıb.

Gündəmlə əlaqədar tez-tez paylaşım edən Akalın prezidentdən gələn zəng barədə də sosial mediada məlumat yayıb: “3 gün ard-arda yuxumda prezidentimizi gördüm. Zəng edəndə şoka düşdüm. Allah ona uzun ömür versin”. (teleqraf.com)

Paylaş: