Ça. Noy 12th, 2019

Azərbaycana birbaşa reyslər artırılacaq – Video

Ölkəyə turist axınını artırmaq üçün xarici dövlətlərdən Azərbaycana birbaşa təyyarə reyslərinin artırılması planlaşdırılır.

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırovun Real TV-yə verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının ən böyük aviaşirkətləri Azərbaycana həftədə 10-a yaxın uçuş həyata keçirir.

Qeyd edək ki, bu ilin iyulunda Azərbaycana 365 min əcnəbi səfər edib ki, bu da ötən ilin eyni ayına nisbətən 10,6% çoxdur.

Turistlərin 35%-ni Rusiya vətəndaşları təşkil edir. Bir il əvvəllə müqayisədə Rusiyadan ölkəmizə 11 min, yaxud 10% çox qonaq gəlib.

İyul ayı üzrə ən böyük artım Gürcüstandan gələnlər arasında müşahidə olunub. Belə ki, ötən ilin eyni ayı ilə müqayisədə bu ölkədən 12 min və yaxud 26% daha çox xarici vətəndaş təşrif buyurub. Bununla da iyul ayında Gürcüstandan gələnlərin sayı 61 min nəfər təşkil edib.

 

Paylaş: