Be. Okt 14th, 2019

Bakıda tapılan quş çox təhlükəli imiş, şikarını gözündən vurur – FOTO

Bir neçə gündür Bakıda tapılan quş insanların marağına səbəb olub.

Turkustan.info xəbər verir ki, quşu tapan şəxs canlının çox halsız olduğunu bildirib və onu qidalandırmaq üsulları ilə maraqlanıb.

Ornitoloq və ekoloq Elçin Sultanov tapılan canlının kiçik dan quşu olduğunu deyib:

“Əsasən, qamışlıq, kolluq ərazidə yaşayır və yerdə yuvalayır. Adətən, su heyvanları ilə, həşəratlarla qidalanır. Kiçik olmasına baxmayaraq, çox təhlükəli quşdur. Şikarını gözündən vurur. Bunu tutan vətəndaş quşa çox yaxınlaşsa, onu da gözündən vura bilər.

Köç vaxtları, yəni payız-yaz aylarında tez-tez rast gəlinir. Bəziləri bu quşları tutub gətirirlər. Çünki köç vaxtı həmin quşlar çox zəifləyir və onları əl ilə tutmaq çox asan olur. Çox adam fikirləşir ki, quş yazıqdır, xəstədir. Amma belə deyil. Onları tutublarsa, göl qırağına buraxmaq lazımdır. Ancaq ən yaxşısı, onlara dəyməməkdir”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova isə bildirib ki, vətəndaşlar belə nadir heyvanlar, quşlar aşkar etdikləri zaman dərhal nazirliyin “168” qaynar xəttinə məlumat verməlidirlər.

/Oxu.Az/

Paylaş: