Ça. Dek 10th, 2019

Fazil Mustafadan Sərdar Cəlaloğluna SƏRT CAVAB: “Dağıl ay dünya!”

“Yurd”çuların hamısının siyasi gedişatını təhlil edəndə aydın olur ki, onların içərisindən Azərbaycan dövlətinə, xalqına bağlı adam çıxmayıb. Elə bil bölüşdürüblər. Fazil Mustafa Azərbaycan tarixini aşağılamağa, Qüdrət Həsənquliyev isə Azərbaycan torpaqlarının işğal edilməsində təslimçi əhval-ruhiyyənin formalaşdırılmasına xidmət edir. Əli Kərimli istisna olmaqla, böyük əksəriyyəti hökumətin yanındadır. Asim Mollazadə, Fazil Mustafa, Qüdrət Həsənquliyev… “
Bu ifadələri Azərbaycan Demokrat Partiyasının sədri  Sərdar Cəlaloğlu BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin onlara qarşı səsləndirdiyi  ittihamlara cavab verərkən deyib.

ADP sədrinin səsləndirdiyi fikirlər arasında  deputat Fazil Mustafanın da adı keçir.

Sərdar Cəlaloğlunun bu fikirlərinə  Fazil Mustafa reaksiya  verib:

“Olsun, onsuz da bu cür yaramazların ittihamlarını bir tərəfə qoyub biz öz millətimizin faydasına olan çalışmalarımızı daha qətiyyətlə davam etdiririk. Nə dövlətimin, nə hökumətin, nə də millətimin nəzdində başımı aşağı edəcək hansısa məqam olmadığına görə alnı açıq cəmiyyət qarşısına çıxıb öz fikirlərimi, baxışlarımı ortaya qoyuram. Sadəcə bu ifadələr mənə iki il öncə Qüdrət bəyin mətbuata açıqladığı bir epizodu xatırlatdı. Demək Sərdar Cəlaloğluna hökumətin konkret bir məmuru ayda 10 min dollar pul verir. O vaxt 1 manat 70 sent idi və bir neçə ay bu pulu alan şanlı müxalifətçimiz (sonradan qulağından tutub prezident seçkilərinə də bu adla qatmışdılar) Sərdar Cəlaloğlunun içinə şübhə dolur və hövlanak gəlir Qüdrət bəyin yanına. Deyir, məndə şübhə var ki, bu pulu mənə manatla təyin ediblər, bəlkə konkret məmur bunu dollara dəyişib verir, bu məsələni dəqiqləşdirmək mümkündürmü?
Bir Allah bilir ki, bu epizod nöqtəsinə, vergülünə qədər doğru idi”.

Fazil Mustafa həmçinin, ADP sədrinin onu  hökumətə işləməkdə  ittiham etməsinə daha sərt yanaşıb:

“Dağıl ay dünya! Sərdar Cəlaloğlu da kimlərisə hökumətə işləməkdə ittiham edir. Razıyam ki, Sərdar Cəlaloğlunun bu hərəkətinə hökumətə işləmək deməzlər, buna xəbərçiliyə görə ödənən zəhmət haqqı deyərlər. Canı-könüldən xərcləyə bilərsən, halalındır”.

Qeyd edək ki, Q.Həsənquliyev ADP, AXCP, AMİP, Müsavat partiyası Qarabağ problemini sülh yolu ilə həll edəcəklərinə dair 2000-ci ildən üzərlərinə beynəlxalq təşkilatlar qarşısında öhdəlik götürüb. (modern.az)

Paylaş: