Ça. Okt 15th, 2019

Qarabağdakı ermənilərin 82, 3 faizi Azərbaycana qarşı savaşa hazırdır

Azərbaycanın işğal altındakı torpaqlarına sahiblənmiş ermənilərin 82, 3 faizi hərbi əməliyyatların bərpa olunacağı təqdirdə Azərbaycan ordusuna qarşı döyüşə yollanmağa hazırdır.

İşğalçı ölkənin  “Aravot” nəşrinin yaydığı məlumata görə, bu rəqəm  ermənilərin “EMPİRİCA” tədqiqat və konsaltinq firması tərəfindən Qarabağda keçirilmiş sorğu zamanı meydana çıxıb.

Digər mövzularla bağlı da sorğular keçirilib. Məsələn,  guya Qarabağdakı erməni respondentlərin 57 faizi Ermənistandakı dəyişikliklərə və baş nazir Nikol Paşinyana rəğbətlə yanaşır.   /moderator/

Paylaş: