Ça. Dek 10th, 2019

Şimali və Cənubi Koreya birləşir? – ŞOK BƏYANAT

2045-ci ilə qədər Şimali və Cənubi Koreyanın birləşməsi üçün çalışacağam.

Bu bəyanatla Cənubi Koreya Prezidenti Mun Çje İn çıxış edib.

Onun fikrincə, birləşmiş Koreya dünyanın ən böyük iqtisadi göstəricilərinə malik olacaq: “80 milyonluq bir ölkə böyük bazara çevriləcək. 1950-1953-cü illərdə Koreya müharibəsi atəşkəslə başa çatdı, amma sülh anlaşması imzalanmadı. 2045-ci ildə qurtuluşun 100-cü ildönümündə dünyaya sülh və sabitlik içində olan ölkə kimi girmək üçün sağlam təməl qurulacağına söz verirəm”.

Cənubi Koreya prezidenti qeyd edib ki, 2023-cü ildə keçirilməsi planlaşdırılan olimpiada Seul və Pxenyan hökumətləri tərəfindən uğurlu şəkildə reallaşdırılacaq. (teleqraf.com)

Paylaş: