Be. Avq 19th, 2019

Ərdoğandan ABŞ səfirinə inanılmaz jest – ŞOK İDDİA

Fevral ayında ABŞ Prezidenti Donald Trampın Türkiyə səfiri kimi təklif etdiyi David Satterfild iyun ayında Senatdan təsdiq alıb.

Vəzifəsinin icrasına başlamaq üçün iyulda Türkiyəyə gələn Satterfild etimad məktubunu Prezident Rəcəb Tayyib Ərdoğana verə bilmədiyi üçün hələlik rəsmi Ankara tərəfindən tanınmır.

David Satterfild Suriya və S-400 məsələlərində Türkiyəyə qarşı sərt mövqeyi ilə və Yaxın Şərq mövzusunda təcrübəli diplomat kimi diqqət çəkib.

Məlumata görə, Türkiyənin siyasi dairələrində o qədər də sevilməyən amerikalı siyasətçi etimadnaməni Ərdoğana təqdim etmək üçün növbəsini gözləyir.

David Satterfildin təyin edildiyi post 2017-ci ilin oktyabr ayından boş idi. Keçmiş səfir Con Bassın bu postdan ayrılmasından sonra təyinat edilməmişdi. (teleqraf.com)

Paylaş: