Ça. Sen 17th, 2019

18 milyard dollar “havaya uçdu” – BİR GÜNDƏ

Dünyanın milyarderləri siyahısındakı ilk onluqda dayanan şəxslər bir gündə 18 milyard dollar itirib. 

Turkustan.info xəbər verir ki, 14 avqustda “Dow Jones Industrial Average” əsas indeksində 3,05 faiz azalma qeydə alınıb. Bu isə ötən ilin oktyabrından rekord göstəricidir.

Ən çox itirən “Amazon”nun rəhbəri Ceff Bezos olub. Onun sərvəti 3,5 milyard dollar azalıb.

Xatırladaq ki, 5 avqustda Çin və ABŞ arasında “ticarət müharibəsi”ndəki son həmlə fond birjalarını silkələyib. Həmin gün dünyanın ən varlı adamları öz sərvətlərinin 2,1 faizini itirdilər ki, bu da 117 milyard dollar deməkdir.

“Bloomberg” yazır ki, dünyanın 500 ən varlı adamından ən çox vəsait itirən məhz Bezos olub.   /Cebhe.info/

Paylaş: