Be. Avq 19th, 2019

3 ölkə arasında məxfi görüş: İrana qarşı plan

İsrail və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri ABŞ-ın təşkilatçılığı ilə son aylarda bir neçə gizli görüş keçiriblər.

Turkustan.info xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” qəzeti öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, məxfi görüşlər İrandan gələcək təhdidlərə qarşı tədbirlərin müəyyən edilməsi üçün təşkil edilib. Tərəflər arasında görüşə ilin əvvəlindən start verilib. Görüşün təşkilatçılığını isə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk həyata keçirib.  /Axar.az/

Paylaş: