Bz. Sen 22nd, 2019

ABŞ-ın BÖYÜK YALANI üzə çıxdı – Çavuşoğludan SENSASİON AÇIQLAMA

“Türkiyənin “F-352 qırıcılarının istehsalı proqramından xaric edilməsindən söhbət getmir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Ölkənin baş diplomatı bu məsələ ilə bağlı ABŞ-la anlaşa biləcəklərinə ümid etdiyini bildirib:

“Bizi “F-35” proqramından rəsmi olaraq kənarlaşdırmaqdan danışmırıq. Düşünürəm ki, qarşılıqlı anlaşma çərçivəsində razılığa gələ bilərik. Əks təqdirdə hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq. Bu mərhələdə mövcud problemləri həll etməyə diqqət edəcəyik, danışıqlar yolu ilə ziddiyyətləri aradan qaldırmağa çalışacağıq”.

Qeyd edək ki, ABŞ Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri alan Türkiyənin “F-35” proqramından çıxarıldığını açıqlamışdı. (teleqraf.com)

Paylaş: