C. Noy 22nd, 2019

Azərbaycan tarixində heç vaxt bu qədər boşanma olmayıb – Dəhşətli STATİSTİKA

Unhappy with their arguments

Bu ilin ilk yarısında Azərbaycanda əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə 1,7 olub. Bu göstərici 1991-ci ildən, yəni Azərbaycan müstəqillik əldə etdikdən sonra qeydə alınan ən yüksək göstəricidir.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin ilk altı ayı ərzində qeydiyyat şöbələri tərəfindən 29 min 391 nikah və 8 min 257 boşanma halları qeydə alınıb.
Məlumat üçün bildirək ki, müstəqillik əldə etdikdən sonra – 1992-ci ildə Azərbaycanda 68 min 740 nikah, 9 min 465 boşanma qeydə alınıb. Həmin il əhalinin hər 1000 nəfərinə nikahların sayı 9,5, boşanmaların sayı isə 1,3 olub.
Növbəti illərdə Azərbaycanda nikahların sayında daha yüksək göstərici qeydə alınsa da, boşanmalarda bu cür yüksək göstərici yalnız son 3 ildə qeydə alınıb. 2007-ci ildə əhalinin hər 1000 nəfərinə nikahların sayı 9,5, 2011-ci ildə isə 9,7 olub. Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə yalnız 2013-cü ildə 1992-ci ildəki səviyyəyə 1,3-ə yüksəlib. 2013-2015-ci illərdə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1,3, 2016-cı ildə 1,4, 2017-ci ildə isə 1,5 olub.
1991-ci ildən sonra qeydə alınan nikah və boşanmaların sayı bu cür olub:   /yeniavaz.com/

İllər Nikahlar Boşanmalar
1992 68 740 9 465
1993 60 028 6 564
1994 47 147 6 256
1995 43 130 5 669
1996 38 572 5 598
1997 46 999 5 806
1998 40 851 5 657
1999 37 382 5 013
2000 39 611 5 478
2001 41 861 5 382
2002 41 661 5 738
2003 56 091 6 671
2004 62 177 6 914
2005 71 643 8 895
2006 79 443 7 817
2007 81 758 8 340
2008 79 964 7 933
2009 78 072 7 784
2010 79 172 9 061
2011 88 145 10 747
2012 79 065 11 087
2013 86 852 11 730
2014 84 912 12 088
2015 68 773 12 764
2016 66 771 13 114
2017 62 923 14 514
2018 62 484 14 857
2019
ilk 6 ay
29 391 8 257

Paylaş: