C. Noy 15th, 2019

Bu maşınlar əhalidən yığışdırılmalıdır – Ekspertdən ÇAĞIRIŞ

Bəzən yollarda istismar müddəti bitən avtomobillərin tez –tez ağır qəza törətmələrinin şahidi oluruq. Bu qəzalarda təhlükəsizlik standartları yüksəsk olmadığı üçün sürücü və sərnişinlər ağır xəsarətlər alır, bəzən isə ölümlə üzləşirlər. 

Bu kimi hallara baxmayaraq , ölkədə  belə avtomobillərə hələ də tez-tez rast gəlirik. Bəs görəsən istimsar müddəti bitrmiş avtomobillərin yığışdırılması ilə bağlı tədbirlər həyata keçirilirmi?

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bu sahədə ciddi problemlərin olduğunu etiraf edib.

“Köhnə maşınlar kompleks yanaşma məsələsidir. Çünki bu məsələyə, dövlət özü nəzarət edir və həll yollarını da göstərir. Bu yol isə həmin nəqliyyat vasitələrinin istismardan yığışdırılması ilə bağlıdır. Ancaq bu məsələnin bir mexanizmi olmalıdır. Əhalidən istismar müddəti bitmiş maşınları hansı  əsasla yığacaqlar. Artıq bir çox ölkələr bu addımı atıb. Həmin ölkələrdə yerli avtomobil istehsalı var. Məsələn Rusiya bu addımı atıb insanlardan köhnə maşınları alır, qarşılığında yeni maşın hədiyyə edir. Müəyyən şərtlər daxilində ya ucuz qiymətə satır, yaxud da aşağı faiz  kreditləri ilə verir”.

Nəqliyyat eksperti bildirib ki, Azərbaycanda da bununla bağlı dövlət proqramı qəbul olunub.

“Azərbaycan Respublikasının prezidenti 2018 ci il dekabrın 27 də “ Yol hərəkətinin təhlükəsizliyinə dair “  5 illik dövlət proqramını təsdiqləyib. Həmin proqramda qeyd olunub ki, köhnə avtomobillər yığışdırılsın, yeni avtomobillər gətirilsin. Elektromobil və hibrid  avtomobillərinin gətirilməsi üçün stimul yaradılsın. Təəssüflər olsun ki, üstündən xeyli bir vaxt keçməsinə baxmayaraq, bu məsələ ilə bağlı  adiyyəti qurumlar tərəfindən heç bir addım atılmayıb.  Dövlət Gömrük Komitəsi 3 min manata alınmış maşına 4 min dövlət rüsumu qoyur. Bax bu kimi hallara görə, insanlar da məcburiyyətdən köhnə maşınların ümüdünə qalır. Sata da bilmir, bilir ki, ucuz qiymətə alınacaq, özünün də imkanı yoxdur ki, müasir standartlara cavab verən avtomobil alsın. İndi belə bir tendensiya var, imkanı olanlar 90 cı illərin maşınlarını alırlar. Artıq bu maşınlar onları istehsal edən ölkələrdə zibilxanalarda çürüyür. Bakıda bu tipli maşınlara az rast gəlinir. Ancaq rayonlarda çoxluq təşkil edir ”.

Elməddin Muradlı qeyd edib ki, bu avtomobillərdə qəza halları daha çox olur:

“Qəza baş verən zaman köhnə  avtomobillər o qədər pis vəziyyətə düşür ki, ordan insanın sağ çıxması möcüzə olur. Nəqliyyat vasitələrinin istismar qaydaları “ Yol hərəkəti “ haqqında qanunla müəyyənləşdirilib. İstismar qaydalarını da  Dövlət Yol Polis İdarəsinin qeydiyyat imtahan şöbələrində yoxlayırlar. Avtomobilin əsas istismar göstəriciləri nədirsə, texniki baxışdan keçiriləndə hamısı burda yoxlanılır. Əgər burda qaydalar sərtləşərsə, texniki baxışdan keçə bilməyən nəqliyyat vasitəsi istismardan yığışdırılacaq. Hazırda “bu maşın köhnədir, görüntüsü pis gündədir götürək  cərimə meydançasına aparaq” tipli qaydalar yoxdur. Sadəcə elə bir sistem yaradılmalıdır ki, insanlar özləri   başa düşsün ki, bu maşın köhnədir, qəza zamanı sağ çıxmamaq ehtimalım var ”. (modern.az)

Paylaş: