Ça. Okt 15th, 2019

“Bütün pensiyalarda artım gözlənilmir” – EKSPERT

“Oktyabrın 1-dən minimum pensiyanın 200 manat təyin olunması hazırda bu məbləğdən az olan təqaüdlərin həmin səviyyəyə çatdırılması deməkdir. Bu qərarın aylıq təqaüdləri 200 manatdan yuxarı olan pensiyaçılara heç bir aidiyyəti olmayacaq”.

Turkustan.info xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu deyib.

“Bütün pensiyalarda artım gözlənilmir” - EKSPERT

O qeyd edib ki, bütün pensiyalarda artım gözlənilmir:

“Artım yalnız əmək pensiyası 200 manatdan az olanlara şamil olunur. Bu artımın əmək pensiyalardan savayı digər pensiya növlərinə də şamil olunmayacaq. Bütün pensiyalarda artım gələn ilin yanvar ayından tətbiq olunacaq indeksləşdirmə əmsalı üzrə aparılacaq”.    /Cebhe.info/

Paylaş: