Şb. Sen 21st, 2019

Kainatda qorxunc TOQQUŞMA: NASA 4 milyard illik SİRRİ AÇDI

Yupiterin Günəş sisteminin erkən dönəmlərində yaranma prosesində olan bir planetlə toqquşduğu iddia olunub.

Bu barədə ABŞ-ın Ris, Çinin Sun Yat-Sen universitetlərinin elm adamları məlumat yayıb.

Alimlərin iddiasına görə, ABŞ-ın Milli Kosmos İdarəsinin (NASA) peyki “Juno” təxminən 4.5 milyard il əvvəl baş verən nəhəng toqquşmaya dair önəmli məlumatlar əldə edib.

Ris Universitetinin əməkdaşı Andrea İzella və çinli həmkarı Şanq- Fey Liu “Juno”nun Yupiterin nüvəsi ilə bağlı məlumatlar üzərində araşdırma aparır.

Bütün nəzəriyyələrdə Yupiterin bir neçə milyon il ərzində Yer kürəsindən 10 dəfə böyük həcmə sahib, embrion halında bir planeti udmaq ehtimalının 40% olduğu, buna da böyük ehtimalla bir toqquşmanın yol açdığı iddia olunur.

Astronomlara görə, zərbənin təsiri nəticəsində üst hissəsində təbəqə sıxlığı az olan Yupiterin nüvəsinin əsas tərkibi bir-birinə qarışa bilərdi.

NASA-nın 2011-ci ildə kosmosa göndərdiyi “Juno” peyki 2016-cı ilin iyul ayında Yupiterə çatmasından bu günədək planetdəki axtarışlarını davam edir. (teleqraf.com)

Paylaş: