C. Sen 20th, 2019

Kremldən Əliyev, Putin və Ruhani görüşü haqda daha bir bəyanat

“Azərbaycan, İran və Rusiya Federasiyası dövlət başçılarının daha əvvəl təxirə salınmış zirvə görüşü Rusiyada keçiriləcək”.

Turkustan.info TASS-a istinadən bildirir ki, bunu RF Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Bununla belə, o, görüşün konkret tarixi barədə hələlik razılığa gəlinmədiyini qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov prezidentlər İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin iştirakı ilə zirvə görüşünün “texniki səbəblərə görə” təxirə salındığını bildirmişdi.  /Virtualaz.org/

Paylaş: