Ça. Okt 15th, 2019

Paşinyan baş müşavirlərini niyə qovdu? – SƏBƏB

Ermənistanın Baş naziri Nikol Paşinyanın özünün baş müşavirləri və köməkçisini qovması siyasət kulisində şayiələrin yayılmasına səbəb olub.

Bu məlumatı “Qraparak” qəzeti yayıb. Qəzet Paşinyanın xüsusilə baş müşaviri Arsen Qasparyanı investorlara görə qovduğunu bildirib:

“Qasparyan 1999-cu ilə qədər Ermənistan Xarici İşlər Nazirliyində çalışıb, sonra isə Rusiyaya gedib, oradan ABŞ-a yollanıb. O, ölkəyə 2018-ci ildə məxməri inqilabdan sonra dönüb. Onun istefaya göndərilməsi bir sıra suallar yaradıb. Bizim mənbələrimizə əsasən, Qasparyan investorlara layiqli münasibət bəsləmədiyi üçün vəzifəsindən azad edilib. Hökumətdə investorların məhz Qasparyanın bu hərəkətləri ucbatından Ermənistanı tərk etdiklərinə dair şübhələr mövcuddur”.

Qeyd edək ki, dünən Paşinyan gözlənilmədən baş müşavirləri Arsen Qasparyan, Aram Qəribyan və köməkçisi Mqer Saakyanı vəzifələrindən azad edib. (axar.az)

Paylaş: