Be. Okt 21st, 2019

Tolik Efiopiyaya su çəkdirir – FOTO

Tanınmış prodüsser-aparıcı Tarix Əliyev (Tolik) Efiopiyaya su çəkdirəcək.

Türkiyədə olan prodüsser bu haqda sosial şəbəkədə paylaşım edib:

“Dostlar, bu xanım Hennadır, efiopiyalıdır. Bu gün dostumuz Murad abi ağlıma gözəl fikir saldı. Bilirsiniz, Efiopiyada insanlar sudan əziyyət çəkirlər, mən də Hennadan xahiş etdim,öyrənsin hansı kəndlərdə bulaq yoxdur, mən ora gedim və öz adımdan su çıxması üçün avadanlıq alım . Allah nəsib etsin, bu istəyim də həyata keçsin”.

Təqibçiləri onun bu addımını yüksək qiymətləndirsə də, bəziləri öz ucqar kəndlərimizdən başlamasını tövsiyə ediblər.

(yenisabah)

Paylaş: