C. Sen 20th, 2019

“Bu ərazilər də Ukraynadan qopacaq” – Ölkə parçalanaraq tarixə qovuşur?

A tattered Ukrainian national flag flutters in the wind at a position held by the Ukrainian armed forces near the town of Maryinka, eastern Ukraine, June 5, 2015. Ukraine's president told his military on Thursday to prepare for a possible "full-scale invasion" by Russia all along their joint border, a day after the worst fighting with Russian-backed separatists in months. REUTERS/Gleb Garanich - GF10000118271

“Bugünkü Ukraynada yaşamaq mümkün deyil, bu səbəbdən də ölkə rəsmiləri Krım və Donbasdan başqa daha çox bölgəni itirmək riski ilə üz-üzə qalıb”.

Bunu Ukrayna Ali Radasının sabiq deputatı Aleksey Juravko deyib.

O, politoloq Aleksandr Doniyanın qondarma Donetsk və Luqansk respublikalarından ukraynalıların köçürülməsi və bu bölgələrlə Ukrayna arasında divarın inşa edilməsi təklifinə də reaksiya verib:

“Getdikcə daha çox əmin oluram ki, hətta psixiatrlar belə Kiyevdə oturan və bir sıra məsələləri həll etməyə çalışan insanlar kömək etməyəcək. Ukrayna Minsk anlaşmasını imzalayıb, Donbas münaqişəsini necə həll etməyin yolları burada açıq formada göstərilir”.

Sabiq deputat Krımın bir daha heç vaxt Ukraynanın olmayacağına inandığını, Donbasın da tədricən Ukraynadan qopduğunu bildirib:

“Son 5 ildə Kiyevdə oturanlarla bir böyük ailədə yaşamaq artıq mümkün deyil. Buna görə də Xerson, Odessa, Nikolayev, Zaporojye və digər bölgələrin Ukraynadan ayrılacağı proqnozlaşdırılır. Hətta bura Kiyev də daxildir”.

Aleksey Juravko bundan əvvəl Ukrayna ordusu daxilində xaosun yarandığı iddiası ilə gündəmə gəlmişdi. (teleqraf.com)

Paylaş: