Be. Sen 16th, 2019

Daha bir ərəb ölkəsi qarışır: İki siyasi fəal edam edildi

Bəhreyndə iki siyasi fəalın edam edilməsi ölkə daxilində olduğu kimi, beynəlxalq təşkilatların da narazılığına səbəb olub.

Turkustan.info xəbər verir ki, siyasi fəallar Əli əl-Ərəb və Əhməd əl-Melal kütləvi aksiyalara rəhbərlik edərək hökumətdən islahatlar aparmasını tələb edirdilər. Onlar terrorçularla əməkdaşlıqda ittiham edilərək ölüm hökmünə məhkum edilmişlər. Məhkəmənin qərarı özünü gözlətmədən icra edilib ki, bu da ölkədə etirazlara səbəb olub.

Avropa İttifaqı Bəhreynin Brüsseldəki səfirinə etiraz məktubu ünvanlayıb. Məktubda Bəhreyn hakimiyyətindən tələb olunur ki, müxtəlif bəhanələrlə siyasi fəalların həbsinə və təqibinə son qoyulsun və həbsdə olan jurnalistlər azad edilsin. Əks təqdirdə Avropa İttifaqı ilə Bəhreynin əməkdaşlıq əlaqələri məhdudlaşacaq. Səfir məktubu ölkə rəhbərliyinin diqqətinə çatdıracağını bildirib.

Paylaş: