C. Sen 20th, 2019

Müharibənin ilk qurbanları bu ölkələr olacaq – SİYAHI

Rusiya və NATO arasında müharibənin ilk qurbanlarının adı açıqlanıb. 

Turkustan.info xəbər verir ki, mümkün müharibə barədə fikirlərini “Naval War College Review”ə amerikalı hərbi ekspert Tomas Darell Yanq bildirib.

Onun sözlərinə görə, qurbanlar siyahısında ilk növbədə Estoniya, Latviya, Litva və Polşa ola bilər: “Baltik dənizindəki bütün hərbi-dəniz qüvvələri ciddi fiziki problemlərlə üz-üzədir.  Unutmayaq ki, dəniz dərin deyil, orada 2,5 mindən çox müxtəlif gəmilər var, həmçinin İkinci Dünya Müharibəsindən sonra  50 minə yaxın dəniz minası qalır. Bu vəziyyət ağır hidroakustik vəziyyət yaradır və tədbirləri çətinləşdirir”.

Mütəxəsssi hesab edir ki, hazırda donanmanın mümkün inkişafı ancaq Polşada gözlənilir. Ən pis vəziyyət isə Estoniyadadır.

Ekspert yaranmış vəziyyətdə həll yolunu NATO üzvü olan 3 Pribaltika ölkəsinin hərbi-dəniz donanmasının birləşdirilməsində görür.  /Cebhe.info/

Paylaş: