C. Sen 20th, 2019

Paşinyan “Qarabağ klanı”na son zərbəni endirməyə hazırlaşır

Ermənistanın Vatikandakı keçmiş səfiri və Serj Sarkisyanın Mikael Minasyan yaxın vaxtlarda Serj Sarkisyanın həbs olunacağını deyib.

Ermənistan KİV xəbərlərinə görə, o, Ermənistan hakimiyyətinin sosial probemlərdən diqqətini yayındırmaq üçün belə addım atacağını düşünür.

“Hakimiyyətin çoxdan hazırladığı “qızıl ehtiyat” – Serj Sarkisyanın meqahəbsi planı var. Ehtimallar onu göstərir ki, əhalinin diqqətini real problemlərdən kənarlaşdırmaq üçün o həbs olunacaq”.

Minasyan Qarabağ klanının üzvü olan bir qrup generalın və həmçinin, özünün də həbsini istisna etməyib. (modern.az)

Paylaş: