C. Sen 20th, 2019

Süni SAQQAL TAXIB stadiona getdilər – İranda 6 qızdan İLGİNC ADDIM

İranda süni saqqaldan istifadə edərək futbol matçını izləmək üçün Tehranın “Azadi” stadionuna gedən 6 qız həbs edilib.

Bu barədə İran KİV-də məlumat yayılıb.

Məlumata görə, avqustun 12-də Tehranın “Azadi” stadionuna daxil olan 6 qız hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilərək Qərçək həbsxanasına aparılıb.

Sosial şəbəkələrdə “Azadi qızları” adı ilə məşhurlaşan biri Furuq Əlayi İranda nəşr olunan “İqtisadiyyat dünyası” qəzetinin müxbiri və fotoqrafıdır.

Qeyd edək ki, İranda qadınların idman zallarına və futbol stadionlarına girişi qadağandır. (teleqraf.com)

Paylaş: