C. Sen 20th, 2019

Vaşinqton-İrəvan münasibətləri son 30 ilin ən soyuq dövrünü yaşayır – Politoloqdan AÇIQLAMA

“Nikol Paşinyan ABŞ-a sentyabr ayında planlaşdırdığı səfər zamanı Donald Trampla görüşmək üçün erməni diasporasının və lobbisinin köməyinə ümid edir”.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Redaktor.az-a açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyanın sentyabrda baş tutacaq ABŞ səfərinə münasibət bildirib.

Politoloq hesab edir ki, Vaşinqton-İrəvan münasibətləri son 30 ilin ən soyuq dövrünü yaşayır:

“Son 1 il ərzində Ermənistanın yeni hakimiyyətindən heç kim ABŞ-a səfərləri zamanı nə Tramp, nə Pompeo, nə də Boltonla görüşməyə müyəssər olmayıb. Əslində buna ən böyük səbəb nə erməni hərbçilərinin Suriyada rus hərbçilərinin koalisiyasında yer almaları, nə də Rusiya- Ermənistan münasibətləridir. İranla ciddi şəkildə məşğul olan Tramp Adminstrasiyası illərdir ki, Qarabağ və Ermənistan vasitəsi ilə İran arasında olan müxtəlif növ qeyri-rəsmi əməkdaşlıqdan narahatdır. Donald Tramp daxil olduğu eyni koalisiya üzvləri ilə belə maliyyə məsələlərində kifayət qədər sərtdir. Trampın ona xeyir verə bilməyəcək Nikol və onun ətrafındakılarla nəinki münasibətlər qurmaqda, heç qarşı-qarşıya oturmaqda belə maraqlı deyil”.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 22-də ABŞ-ın Los-Anceles şəhərində ermənilər qarşısında çıxış etməyi planlaşdırır.

 

Paylaş: