Be. Sen 16th, 2019

Əxlaqsız qadınların Bakıdan Dubaya axını azalıb – SƏBƏBLƏR

Bütün cəmiyyətlərə nəzər salanda fahişəliyin aktuallığını müşahidə etmək mümkündür. Baxmayaraq ki, fahişəlik qədim peşələrdən hesab edilir, amma onun hər dövr üçün qorxulu problem kimi qalması həmişə düşündürücü olub.

1990-cı illərdən sonra fahişəliklə məşğul olan qadınların çoxu Türkiyəyə, Dubaya üz tuturdusa, son illər bu məsələdə dəyişik tendensiya özünü göstərir.

Artıq fahişəliyin marşrut xətti dəyişib.

Son illərdə Bakıya turist kimi axın edən pullu ərəblər fahişələr üçün daha əlçatan olub. Bunun da nəticəsi olaraq, yüngül həyat tərzi ilə məşğul olan qadınlar ərəbləri daha rahat şəkildə “ovlaya” bilirlər.

O zaman deyə bilərik mi, turist kimi Bakıya axın edən ərəblər fahişəlik üçün Dubaya gedən qadınların “yolunu kəsib”?

Dubay arzusu ürəklərində qalıb

Turkustan.info bildirir ki. mövzu ilə bağlı Modern.az-a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, biletlərin qiyməti fahişələrin Dubay arzusunu gözündə qoyub:

“Fahişəlik üçün xarici ölkələrə gedənlərin statistikasını aparmaq qeyri-mümkündür. Çünki bir çoxları turist kimi gedir, orda başqa işlərlə məşğul olurlar. Bunu da müəyyənləşdirmək asan deyil. Ancaq fahişəlik əvvəlki illərə baxanda azalıb. Dubaya fahişəlik üçün gedənlərin sayında müşahidə olunan azalmanın başqa səbəbləri var. Əsas səbələrdən biri biletlərin baha olmasıdır. Ümumiyyətlə, dünyada hava nəqliyyatından istifadə üçün qiymətlərin yüksək olması fahişəliyə də  təsir edir. Hətta insan alveri ilə məşğul olanlar çox ucuz nəqliyyat xidməti axtarırlar ki, böyük xərclər çəkilməsin. Eyni zamanda, sosial şəbəkələrdə oxuyuram ki, ərəblərin Bakıya turist kimi axın etməsi fahişələrin Dubaya gedə bilməməsinə səbəb olur.

Fahişəliyə cəlb edilmə müxtəlif yollarla aparılır. Ya dəstəbaşı vasitəsilə, ya müstəqil fəaliyyət göstərməklə, ya da insan alverinin qurbanı olmaqla həyata keçirilir. Kimsə fahişəliyə cəlb edirsə və insan alveri ilə məşğul olursa, burada  cinayət əməli var. Fərdi şəkildə fahişəlik edəni  cinayət əməlinə cəlb etmək olmur”.

“Qadınları bu “peşə”dən uzaqlaşdırmaq lazımdır”

Mehriban Zeynalova fahişəliyin azalması üçün təkliflərin hazırlanmasının vacibliyini də qeyd edib:

“Söhbət ondan gedir ki, qadınlarımızın bu cür işlərə cəlb edilməməsi üçün onların üzərində xeyli çalışmalıyıq. Fahişəlik öz-özünə yaranmır. Ona görə də cəlbedici təklif hazırlamalıyıq. Cəlbedicilik elə səviyyədə olmalıdır ki, qadınlar bu “peşə”dən uzaqlaşa bilsinlər. Bu da uzunmüddətli məsələdir. Təklif etdiyimiz bütün proqramlarda müəyyən zaman tələb edilir. Ən azı bir ya da iki il oxumalısan. Bu müddətə də bəziləri yaxın getmir. Səbəblər də var. Məsələn, körpə uşağı olan üçün fahişəlik yolu ilə pul qazanmaq rahat olur. Hesab edirəm ki, həmin qadınlar arasında maarifləndirmə, sorğu aparmaq lazımdır. Stereotiplər də var deyə, heç kim bu qrup arasında sorğu keçirmək istəmir”.

Ərəbin “qılınc müsəlman” kökünə sadiqliyi….

İctimai Birliyin sədri bir məqamı xüsusi vurğulamaqla yanaşı, ərəblərin məcburiyyətə meylli olduğunu da deyib:

“Avropalılar da Bakıya gələndə bəzi qadınlarımız arasında bu formada fahişəlik etmək tendensiyası vardı. Sadəcə olaraq ərəblər daha sərbəst hərəkət edirlər. Ərəblər bir qədər məcburiyyətə meyllidir. Avropalı isə qarşı tərəfin rəyini nəzərə almadan nəsə etmir. Ərəblər isə “pul verirəmsə, nə istəyirəm, edə bilərəm” düşüncəsi ilə hərəkət edir.

Bir məqamı da unutmamalıyıq. Bu gün internet əsridir. Fahişəliyi hətta internet vasitəsilə edirlər. Fahişəlik üçün müxtəlif vasitələr var ki, daha əlçatandır. Düşünmürəm ki, kütləvi şəkildə küçələrə çıxıb kimlərisə “ovlasınlar”. Bu cür hallar az-az olur. Fahişəlik də təbəqələrə bölünüb. Küçədə, barda, yaxud da elit formada  fəaliyyət göstərən fahişələr var. Hətta bu təbəqə nümayəndələri arasında da konflikt mövcuddur. Barda, yaxud da klubda çalışan fahişələr özlərini fərqli hesab edirlər. Bunların da öz problemləri var”.

Azərbaycan Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə üzrə milli koordinatorun hesabatında bildirilib ki, 2018-ci ildə  144 insan alveri faktı qeydə alınıb.

Fahişəliyə cəlb etməklə bağlı 60, yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etmə üzrə 5, əxlaqsızlıq yuvaları saxlama üzrə 24, seksual xarakterli hərəkətlərə məcbur etmə üzrə 4, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma üzrə 8 cinayət faktı aşkarlanıb.
Ötən il 34 insan alverçisi saxlanılıb, insan alveri qurbanları olan 98 nəfər müəyyənləşdirilib.
28 nəfərdən ibarət 13 сinayətkar qrup zərərsizləşdirilib.
Hazırda barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə axtarış elan edilmiş 19 nəfər var.

Paylaş: