Bz. Sen 22nd, 2019

“Cənab nazir, ora əl gəzdirin” – Tanınmış jurnalistdən Vilayət Eyvazova həyəcan dolu müraciət

Tanınmış telejurnalist Nəsimi Nəbizadə Bakının Nizami küçəsində “Tarqovu” adlandırılan meydandakı mühitlə bağlı daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

N.Nəbizadə nazirə xitabən bu fikirləri çatdırıb: 

  • Cənab nazir, hörmətli Vilayət Eyvazov. Sizin kimi peşəkar və təcrübəli, savadlı və müasir nazirimiz var… Və siz Naxçıvan torpağındansız. O gözəl və qeyrətli torpaqdan… Azərbaycanın böyük torpağından… “Torqovu” biabırçılıqdı. Ora əl gəzdirin. O park Bakının vizit kartıdı. O cür olmalı deyil ora… Əncam çəkin, göz qabağıdı… Biz o cür deyilik axı… Bizim polisimiz bizi hər mənada qorumalıdır axı…

Paylaş: