Ç. Noy 20th, 2019

“Istərdim ki, varlılara neqativ münasibət dəyişsin” – Deputat Rüfət Quliyev

“Ölkədə varlı adam çox olarsa, deməli, kasıb da yaxşı yaşayacaq”

Deputat Rüfət Quliyevin Etikxeber.az-a saytına açıqlamasında bildirib ki, bu gün Azərbaycanda tanınmış, nüfuzlu biznesmenlər, sahibkarlar var:

“Ancaq cəmiyyətin özündə qəribə bir nüans, tendensiya var, bu da ondan ibarıtdir ki, varlı insanlara bir qədər aqressiya, sərt yanaşma mövcuddur. Hesab edirəm ki, bu nüansın, bu, tendensiyanın, bu yanaşmanın dəyişməsi lazımdır. Çünki əgər ölkədə varlı adam çox olarsa, deməli, bunun kasıbı da az olacaq, bunun kasıbı da daha yaxşı yaşayacaq. Yəni, varlı insanlarda, ələlxüsus, bizim azərbaycanlılarda müsəlmançılıqdan, İslamdan  gələn əl tutmaq, zəkat məsələsi var. Elə Qurban bayramı nə üçündür? Kasıb insanlara kömək etmək, onlara əl uzatmaq, onların qayğısına qalmaq, sevindirmək və sairə.

Yeri gəlmişkən, sovetlər dönəmində varlı insanlar kim idi, kimlər sayılırdı? Kafe, yeməkxana işlədənlər, dükan işlədənlər və sairə və sairə. Bunlara da necə neqativ münasibət var idi, çoxlarının yəqin ki, xəbəri var. Ancaq mən istərdim ki, həmin düşüncə tərzindən uzaqlaşaq, yəni, imkanlı, varlı adamlara, sahibkarlara, biznesmenlərə neqativ münasibət yığışdırılıb, pozitivə keçilməlidir”.

Paylaş: